Səxavəti dillərə dastan olan Hatəm Tai günlərin bir günü oturub yoldaşları ilə söhbət edirdi.
Yoldaşlarından biri:- Ey Hatəm! Görəsən, dünyada səndən səxavətli bir insan varmı? - deyə soruşdu.
Hatəm:
- Bəli, dünyada məndən səxavətli insanlar da var, - dedi və danışmağa başladı:
- Bir gün bir gəncin evində qonaq idim. Mənə bir qoyun kəsdi.
Yeməklər bişdikdən sonra süfrə açıldı və birgə yeməyə başladıq. Söhbət əsnasında:
«Qoyunun böyrəklərini çox sevirəm» - dedim. Bir azdan ev sahibi mənə bir şey demədən otaqdan çıxdı.
Çox keçmədən əlində bişmiş yeddi qoyun böyrəyi geri qayıtdı.
O gəncin elə bütün malı bu yeddi qoyun idi. Mənim üçün bütün malını fəda etmişdi.
Ondan: «Niyə belə elədin?» - deyə soruşanda, mənə: «Sən mənim qonağımsan. Sənə istədiyin yeməyi yedirməliyəm» - dedi.
Gəncin bu səxavəti və qonaqpərvərliyi qarşısında kövrəldim, gözlərim yaşardı.
Evə gələndə o gəncə üç yüz dəvə və beş yüz qoyun göndərdim, amma bu mənim malımin bir hissəsi idi.
Ancaq o gənc malının hamısını qonağına fəda etdiyi üçün məndən daha səxavətlidir...

#6 RoCk AnThEm