WIN-Gallup International şirkəti dünyanın xoşbəxt insanlarını müəyyənləşdirməyə çalışıb. Yeni buraxılan dünya barometri hazırda Yer əhalisinin 53 faizinin xoşbəxt olduğunu müəyyənləşdirib.AN SPREss-in məlumatına görə, WIN-Gallup International planetin 58 ölkəsində sorğu aparıb, sorğuya 52 min 913 nəfər cəlb olunub.
Respondentlərin 13 faizi xoşbəxt olmadıqlarını deyib, 31 % nə xoşbəxt, nə də bədbəxt olduqlarını, 3 % isə konkret cavab verməkdən imtina edib. Sorğu göstərib ki, orta yaşlı insanlar (33%) gənclər və pensionerlərlə (müvafiq olaraq 44% və 43%) müqayisədə daha az xoşbəxtdirlər.
Qeyd edək ki, bu siyahıda Azərbaycan da var. Bizdə bu göstəricilər belə olub: sorğuya 510 nəfər cəlb olunub. 58 % xoşbəxt olduğunu, 4 % xoşbəxt olmadığını, 36% nə xoşbəxt, nə də bədbəxt olduğunu etiraf edib, 2 % isə ümumiyyətlə cavab verməyib.
Bəs bu vəziyyət qonşularımızda necədir? Belə ki, 1000 nəfər rusiyalı arasında sorğu keçirilib. 38% xoşbəxt, 8 % qeyri-xoşbəxt, 42 % isə nə xoşbəxt, nə də bədbəxt olduğunu bildirib, 11 % isə cavab verməkdən imtina edib. Gürcüstanda sorğuya 1000 nəfər cəlb olunsa da, nədənsə bütün göstəricilər 0%-lə qeyd edilib. 500 nəfər erməninin isə 70%-i xoşbəxt, 10%-i bədbəxt, 18%-i nə xoşbəxt, nə də bədbəxt olduğunu bildirib, 2% faizi isə cavab verməyib.
Maraqlısı odur ki, xoşbəxtlik göstəricisi ateistlərdə, inanclı insanlara nisbətən daha az olub. Ümumiyyətlə, heç bir dinə bağlılığı olamyan insanlarda bu göstərici 27 % təşkil edib. Pravoslavlarda da təxminən eyni rəqəmlər hesablanıb -28 %. Katoliklər və protestantlarda xoşbəxtlik barometri bir az yuxarı olub- 54%, yəhudilərdə 50%, müsəlmanlarda isə 42% təşkil edib.
Yerin ən xoşbəxt insanları isə Fici adasının sakinləri olub. Onların 98 faizi özünü dünya ilə tam harmoniyada hiss etdiklərini deyiblər. Bundan başqa, dünyanın ən xoşbəxt ölkələri sırasına Nigeriya, Qana, Niderland və İsveçrə daxil olub. Sorğudan görünür ki, ölkələrin sosial-iqtisadi göstəriciləri insanların xoşbəxtliyinə əhəmiyyətli təsir etmir.
Özlərini xoşbəxt hiss etməyənlərin böyük əksəriyyəti isə Rumıniya, Misir, Litva, İraq, ABŞ, Livan və Pakistanda yaşayır. Qərbi Avropanın ən bədbəxtləri isə irlandiyalılar olub. İrandiyalıların Mərkəzi Avropa sakinlərindən 20 % geridə qalıblar ki, bu da yerli mətbuatda ən çox müzakirə edilən problemə çevrilib.

#9 _IP_MAN_
--------------------