reklam
Sən bu yazını oxuyarkən Sən bu yazını oxuyarkən https://cin.az/uploads/posts/2019-03/1553005182loading.az_sen-bu-yazini-oxuyarken.jpg
amon

amon Sevgi 15-08-2020, 01:21

Sən bu yazını oxuyarkən

Sən bu yazını oxuyarkən
Sən bu yazını oxuyarkən
Mən çoxdan bu şəhərdən getmiş olacağam
Artıq nə həsrətlərimi duyacaqsan
Nə də telefonların çalmağını gecə yarısı
Və bu yazıq ürəyim olmayacaq artıq
Kaprizlərinin hədəf taxtası...
Səni sənə
Məni bir ağıl xəstəxanasına
Buraxıb gedəcəyəm bu şəhərdən

Necəsə qovuşa bilmədim sənə
Necəsə dodaqlarının sahilinə çata bilmədim
Nədənsə bütün çıxılmaz küçələr ünvanım oldu
Və nədənsə bütün qırmızı işıqları üzərimə yandırdın
Nə etdimsə
Heç cür sənə yarana bilmədim
Artıq ünvansız
İşıqsız
Və elə kimsəsizəm
Dünənlərin qədər köhnəyəm
Verdiyin ağrılar qədər paslıyam
Bax çıxıb gedirəm həyatından
Necəsə fərq etməz sənin üçün
Bəlkə çox şanslı
Bəlkə də ən yaşlıyam...
Artıq
Saatım təkliyi
Və təqvimlər sənsizliyi göstərir mənə
Neyləməli
Yolçu yolunda gərək
Bəlkə bundan sonra
Bəlkə səndən sonra
Adam olar bu "üsyankar ürək"
Və dərsini alar bu sevdadan
Bir daha
Boyundan böyük dənizlərə
Asılmaz kürək


Sabah bu saatlarda
Mən yollarda olacağam
Sən kim bilər neçənci yuxunda
Nağıl mavisi bir yuxuda
Və əlbəttə o quldur ürəyin
Yenə pusquda
Sualların cavabsız qalacaq
Bəlkə ilk dəfə içini gəmirəcək yoxluğum
Tanımadığın bir qorxu içini qucaqlayacaq
Və ilk dəfə özünlə hesablaşacaqsan
Nə oldu?
Nə olur?
Nə olacaq?
Sonra
Bir gözün kor
Bir qulağın kar
Bir ayağın qırıq
Bir qolun kəsik
Düşəcəksən yollara
Yəni başdan başa yarım
Yəni başdan başa əskik
Bütün divarlar üstünə yıxılacaq
Bəlkə ilk dəfə
"Unuduldum" deyərək için sızlayacaq
Və sən bu yazımı oxuyarkən
Ayrılığımız çoxdan başlamış olacaq
Bəlkə də son təsəllin
Sənə yazdığım "bu son sətirlər" olacaq
Və kim bilər
Unudulmuş bir gecənin tam ortasında
Başındakı bir radioda
Yuxusuz bir DƏLİ ürəyini çatladacak

Və bir daha pıçıldayacaq qulaqlarına
Sənə aidlənmiş bu sətirləri
"Bütün şəhərlər yatar
Bu şəhər heç yatmaz
Və bir gün
Bütün sevənlər unudar səni

Amma unutma bu sevən ürək unutmaz səni.....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 271 260 233 273 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.