Diablo

Diablo İslam Dini 16-01-2021, 08:30

Ruzi qapısını açan və bağlayan amillər

Ruzi qapısını açan və bağlayan amillər
Müqəddəs Qurani-Kərimin təlimlərinə və hədislərə əsasən belə qənətə gəlmək olur ki, ruzi qazanmaq üçün ilk olaraq səy göstərmək və zəhmət çəkmək lazımdır. Halal ruzi ardınca olmaq lazımdır. Hər kim ruzi qazanmaq üçün zəhmət çəkər və səy göstərər, Allah ruzi qapılarını onun üzünə açar.


Bununla yanaşı, bəzi amillər vardır ki, ruzinin artmasına və azalmasına təsir göstərir. Bu amillər ilə tanış olaq.


Ruzinin artmasına səbəb olan amillər:



1. Halal ruzi yemək malın bərəkətli olmasına səbəb olar.

2. O evdə ki, başqalarına yemək verilər.

3. Halal ticarətlə məşğul olmaq.

4. Sədəqə vermək.

5. Sağlam mal və əşya satmaq.

6. O mal ki, onun zəkatı verilmişdir – həm bərəkətli olar və həm də Allah onu qoruyar.

7. Möminlərə maddi fayda vermək.

8. Əmanəti sahibinə qaytarmaq və insanlara xəyanət etməmək.

9. Həccə getmək.

10. Evə daxil olan zaman salam vermək.



Ruziyə mane olan amillər:




1. İsraf etmək.

2. Zənginlərin yanında yoxsul olduğunu söyləmək.

3. Haram mala meyillənmək, əl çəkməmək.

4. İffətə zidd əməl yerinə yetirmək.

5. İnsanların ehtiyacı olan malı gizlətmək.

6. İnsanlara xəyanət etmək.

7. O malı yemək ki, yoxsul onu görmüş və ona tamah etmişdir.

8. Halal malın haramla qarışması.

9. Malın zəkatını, xümsünü verməmək.

10. Çəkidə aldatmaq və başqalarının malını oğurlamaq. (Hədənə)


Allah Təala cəmi iman əhlinin ruzisini bol və bərəkətli etsin!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 451 425 389 393 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.