Cin.Az - Həyat Hekayəni Yarat
reklam
ÊLfidÂ

ÊLfid İslam Dini 31-01-2021, 09:30

Hicri Təqvimin yaranması

Hicri Təqvimin yaranması
Cin.Az xəbər saytı


Hz.Məhəmməd (s.a.s.), Mədinəyə hicrət etdiyində, Müsəlmanların istifadə etdikləri özlərinə məxsus bir təqvimləri yox idi. Bunun üzərinə Əfəndimizin hicrətini başlanğıc qəbul edərək, "Rəsulallahın gəlişindən bir ay, iki ay sonra..." deyə hicri tarixdən istifadə etməyə başladılar. Ancaq sonradan unuduldu və artıq işlədilməməyə başladı. Hz.Əbu Bəkirin xilafəti zamanı ilə Hz.Ömər'in xilafətinin dörd ili belə keçdi. Sonra rəsmi və mədəni münasibətlərin vaxtlarını bəlli etməyə və təyininə ciddi ehtiyac oldu. Bunun üzərinə Hz.Ömər əshabı topladı, onlarla müzakirə etdi. Sa'd b. Əbi Vəkkas Həzrətləri, Peyğəmbərimizin vəfatı zamanının əsas alınmasını; Talha b. Ubeydullah Həzrətləri Əfəndimizin peyğəmbər olaraq göndərilmə tarixini; Hz.Əli, Rəsul-i Kibriya'nın Mədinəyə hicrətini; başqaları isə, Əfəndimizin doğum gününün, tarixə başlanğıc olaraq qəbul edilməsini təklif etdilər. Hicrət'in on yeddinci vəya on altıncı ilində toplananların müzakirələri nəticəsində, Hz.Əli'nin təklifi qəbul edildi. Ancaq hansı ayın başlanğıc olaraq qəbul ediləcəyi haqqında bir nəticə əldə edə bilmədilər. Ədürrəhman b. Əvf Həzrətləri, "Haram aylar"ın ilki olduğu üçün Rəcəb'i; Talha b. Ubeydullah, Müsəlmanların mübarək ayıdı deyə Ramazan'ı; Hz.Əli (r.a.) isə, il başıdır deyə Məhərrəm'i başlağıc olaraq təklif etdi. Bu barədədə yenə Hz.Əli'nin təklifi qəbul edildi. Beləliklə, Müsəlmanlar özlərinə aid bir təqvim hazırlamış oldular.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 540 563 553 600 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.