ice berg

ice berg Aforizm 28-12-2024, 18:00

Horatsinin aforizmləri

Horatsinin aforizmləri

“Lazım olan yerdə dəlilik etmək ağıllı hərəkətdir”.

* * *

“Böyük vədlər inamı azaldır”.

* * *

“Sağlam vaxtı qaçmırsansa, xəstələnəndə qaçmalı olacaqsan”.

* * *

“Bu gündən yapış, heç vaxt sabaha bel bağlama”.

* * *

“Ağıldan məhrum güc özü də bilmədən yox olacaq”.

* * *

“Hiddət – qısamüddətli dəlilikdir”.

* * *

“Hamını eyni gecə gözləyir”.

* * *

“Əgər indi işlərin düz getmirsə, bu o demək deyil ki, həmişə belə olacaq”.

* * *

“Ölüm eyni vaxtda həm kasıbın daxmasının, həm də şahın sarayının qapısını döyür”.

* * *

“Növbəti günə daha az bel bağlamaqla, hər günündən istifadə et”.

* * *

“Bəşər övladını bərabərhüquqlu edən yeganə amil – ölümdür”.

* * *

“Az şeyə qane olub yaşmağı bacarmayanlar həmişə kölə olacaq”.

* * *

“Şəkil də şeirdir, sadəcə, sözsüz şeir”.

* * *

“Anı tutmağa çalış”.

* * *

“Öz əhvalını idarə et. Əgər idarə edə bilməsən o sənə hökm edəcək”.

* * *

“Nə işdən yayın, nə də işə həddən ziyadə can qoy”.

* * *

“Yazdıqlarını tez-tez poz”.

* * *

“Çox şeyə nail olan üçün daha çox şey çatışmır”.

* * *

“Ötüb-keçən hər şey keçmişdir”.

* * *

“Bu gün gizli qalanı nə vaxtsa zaman özü açacaq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
146 118 61 68 70 67

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.