weher uwagi

weher uwagi Aforizm 19-03-2025, 19:00

Tanınmışlar pişiklər haqda nə deyib..?

Tanınmışlar pişiklər haqda nə deyib..?
Pişiklərin çox qəribə adəti var... nə desəniz, onlar hər zaman "murrrr" səsi ilə cavab verirlər (yazıçı Lyüis Kerroll)

Pişiklər - rahatlıq deyiləndə, əsas qurmanlardır (məşhur baytar həkim, pişiklər haqqında kitabların müəllifi Ceyms Herriot)

Pişiklər əfsanələr və nağıllar kimi sirli varlıqlardır (yazıçı Valter Skott)

Sev məni. Yemək ver və heç vaxt atma (məşhur cizgi filmindən pişik Qarfild)

Bir insanla pişiyi çarpazlaşdırmaq mümkün olsaydı, insana daha yaxşı olardı, amma bu pişiyi daha da pisləşdirəcək (yazıçı Mark Tven)

Mən çoxlu fəlsəfi əsərlər oxuyub öyrəndim. Əlavə olaraq pişikləri də. Sonuncunun müdrikliyi daha yüksək oldu (filosof və tənqidçi İppolit Ten)

Qədim zamanlarda insanlar pişikləri ilahiləşdirirdi. Onlar da bunu unutmadı (yazıçı Terri Pratçett)

Pişiklərdə hər şey var: pərəstişkarlar, sonsuz yuxu və ehtiyac duyduqları zaman şirkət (müğənni Rod Makkyüen)

Pişik sevgisindən daha yaxşı hansı hədiyyə ola bilər? (yazıçı Çarlz Dikkens)

Pişiklə keçirilən zaman, heç vaxt boşuna sərf edilməyib (alim, psixoloq Ziqmund Freyd)

Pişiklərə olan rəftarımız, Cənnətdəki yerimizi müəyyən edir (yazıçı Robert Haynlayn)

Həyatın gərginliyindən qurtulmağın iki yolu var: musiqi və pişiklər (teoloq, musiqiçi və həkim Albert Şveytser)

Pişiklər öz hisslərində tamamilə dürüstdürlər. İnsanlar özlərinin əsl emosiyalarını müxtəlif səbəblərdən gizlədə bilir, pişik bunu heç vaxt etməz (yazıçı Ernest Heminquey)

Qucağınızda mırıldanan pişik hər hansı dərmandan daha yaxşı sağalda bilər, çünki o, sevgi və həzz enerjisi ilə sağaldır (Müqəddəs Fransisk)

Çox az mehriban gözlü insanlar var, amma gözəl pişiklər kainatın xiyabanlarında böyük lütf ilə gəzirlər (yazıçı Çarlz Bukovski)

Bəşəriyyət iki qrupa bölünür: pişiyi sevənlər və həyatdan məhrum olanlar (şair Françesko Petrarka)

Pişikkimilərin ən kiçiyi belə mükəmməldir (rəssam, ixtiraçı Leonardo da Vinçi)

Mən inanıram ki, pişiklər yerə enmiş ruhlardır. Düşünürəm ki, onlar yıxılmadan buludlar üzərində gəzə bilirlər (yazıçı Jül Vern)

İnsan pişiyi başa düşəcək qədər mədənidir (yazıçı, dramaturq Bernard Şou)

Tanrı pişiyi yaratdı ki, insanın sığal çəkə bildiyi pələngi olsun (yazıçı Viktor hüqo)

Pişiklərə bu qədər nəzakətli davranışınızı eşitmək xoşdur. Pişiklərə adətən "sən" deyirlər, lakin bir pişik heç vaxt heç kimlə bruderşaft (qardaşlıq içkisi - dirsəkləri bir-birinə dolanmış formada içirlər, daha sonra isə öpüşürlər) içməyib (yazıçı Mixail Bulqakov)

Pişikdə hər zaman dəyişkən nazik qəlbi olan qadın görürəm (avantürist, səyahətçi və yazıçı Cakomo Kazanova)

Pişiklər bəzən bizə qəribə görünürlər, çünki biz onları başa düşmürük və ya əksinə, onlar bizə bizim özümüzü xatırladır (yazıçı Con Steynbek)

Qadınlar və pişiklər öz xoşlarına gələni edir. Kişilər və itlərə bununla barışmaq və tamaşa etmək qalır (yazıçı Robert Haynlayn)

Miyoldamaq it dilində hürməkdir (yumor ustası Corc Karlin)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 149 47 44 29 32

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.