reklam
Muhəmməd ibn Əbubəkr İmam Əlinin tərəfdarı olmuşdu? Muhəmməd ibn Əbubəkr İmam Əlinin tərəfdarı olmuşdu? http://cin.az/uploads/posts/2018-10/thumbs/1539963144_695156.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 19-10-2018, 19:31

Muhəmməd ibn Əbubəkr İmam Əlinin tərəfdarı olmuşdu?

Muhəmməd ibn Əbubəkr İmam Əlinin tərəfdarı olmuşdu?


Muhəmməd ibn Əbubəkr Həzrət Muhəmməd Peyğəmbərin (s) ömrünün sonlarına yaxın, vida həcci günlərində dünyaya gəlmişdi. Onun anası Əsma bint Ümeys adlı mömin xanım idi. Muhəmməd təqribən 2 yaşında ikən Əbubəkr vəfat etdi, bundan sonra Əsma İmam Əliyə (ə) ərə getdi.

Muhəmməd də o həzrətin evində və onun tərbiyəsi ilə böyüdü. Muhəmməd ibn Əbubəkr İmam Əlinin (ə) oğulluğu və sadiq tərəfdarı idi. O, Cəməl savaşında İmamın qoşununda döyüşmüş, bundan sonra İmamın tərəfindən Misirə vali təyin edilmişdi. Müaviyənin tapşırığı ilə Əmr ibn As Misirdə hakimiyyəti ələ keçirmək üçün Muhəmmədlə döyüşə başladı. Muhəmməd döyüşdə məğlub olub şəhid edildi, onun cəsədini yandırdılar. Muhəmmədin şəhadəti hicri 38-ci ilin səfər ayında (miladi 658-ci ildə) baş vermişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
414 425 406 393 467 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.