reklam
Dovşan ətini yemək olarmı? - Fikirlər haçalanır Dovşan ətini yemək olarmı? - Fikirlər haçalanır https://cin.az/uploads/posts/2020-06/thumbs/1591133613_loading.az_683970.jpg
Xaliq

Xaliq İslam Dini 3-06-2020, 08:00

Dovşan ətini yemək olarmı? - Fikirlər haçalanır

Dovşan ətini yemək olarmı? - Fikirlər haçalanır
Dovşan ətinin yeyib-yeyilməməyi məsələsində islam məzhəblərinin görüşü fərqlidir. Əhli-sünnə məzhəbində dovşan ətini yemək icazəlidir. Bu barədə sünni mənbələrində Peyğəmbərə istinad edilən hədis və davranışlar mövcuddur. Bu hədislərin əksəriyyətində səhabələr Peyğəmbərin dovşan ətini yediyini söyləməsələr də, hər halda onu qadağan etmədiyini də bildirmişlər.

Şiə məzhəbinə görə, cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanları yemək haramdır (yalnız at, qatır, ulaq əti məkruhdur). Dovşan da pəncəli heyvan olaraq haram hökmündədir.

Şiə mənbələrində ("Vəsailüş-şiə" və s.) dovşan ətinin haram olduğu barədə hədislər mövcuddur. Bəzi şiə hədislərində imamların dovşan ətini məkruh bilmələri, yaxud leş və donuz əti kimi qəti haram bilməmələri barədə hədislər olsa da, tədqiqatçılar bu hədislərin təqiyyə və başqa səbəblər üzündən buyurulduğunu qeyd ediblər.

Dovşan ətini haram bilən hədislərin çoxunda onun məsx olunmuş (yəni bir vaxtlar insan olub, sonra Allahın lənəti ilə heyvana dönmüş) canlılardan olduğu vurğulanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 486 435 459 494 463

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.