reklam
Hicab haqqında Hicab haqqında https://cin.az/uploads/posts/2021-04/thumbs/1618104398_loading.az_img_20210411_052129.jpg
beybala_beybala

beybala_beybala İslam Dini 11-04-2021, 10:30

Hicab haqqında

Hicab haqqında
🧕 Kamil hicab necə olur?
Biz bu sualı şəriətə uyğun cavablandıracağıq. Hicab dedikdə meyar yalnız bədənin örtünməsi deyil, şərt budur ki, qadın fiqurası və bədən üzvləri qabarıq tərzdə bilinməsin. Hicab geyinən hər bir qadın həm zahiri cəhətdən, həm də əxlaqi baxımdan İslam nümunəsi sayılır. Bu səbəbdən İslama toz qondura biləcək hər bir davranışdan ciddi şəkildə çəkinməlidir. O cümlədən iffət nümunəsi olmalı, hər geyindiyi libası “Peyğəmbərimiz (s.a) Anamız Xanım Zəhra (s.a) məni görsəydi razı qalardımı?” deyə düşünərək seçməlidir ✋ Üz və əl

Qadının yalnız iki bədən üzvü: əl və üzü istisna olmaqla bütün bədəni örtünməlidir. 🔹 Üz: Üz hissə alının tük bitən yerindən çəkənin üstünə qədər açıq qala bilər. Lakin çənənin alt hissəsi üzə aid olmadığından örtülməlidir. ✋ Əl: Yalnız biləkdən aşağı əl hissə görünə bilər. Biləkdən yuxarını örtmək vacibdir. Xanımlar diqqətli olsunlar, paltarın qolu elə olmalıdır ki, hərəkət etdikdə qalxmasın.

Qeyd edək ki, dırnaqları manikür etməyin bir maneəsi yoxdur. Lakin dırnaqları boyamaq naməhrəmin diqqətini cəlb etdiyi üçün icazəlii deyil. 🔹 Rəng məhdudiyyəti

Qadın üçün rəng məhdudiyyəti qoyulmayıb. İstənilən rəngdə geyinə bilər. Lakin rənglər həddindən artıq cəzb edici, fosforlu və göz qamaşdıran olmamalıdır. 👗 Paltarın genliyi

Paltar bədənə yapışmamalıdır. Bədənin fiqurası və bədən üzvləri qabarıq görünməməli, mümkün qədər gizlədilməlidir. 🔹 Kəmər: Kəmər taxdıqda belin incəliyi daha çox gözə çarpır. Bu səbəbdən məxsusən nazik geyimlərdə kəmərdən istifadə etməyin. 🧦 Corab: Qadının ayağı görünməməlidir. İstənilən rəngdə corab geyinə bilər. Lakin corabın nazikliyi ayağı görünəcək həddə olmamalıdir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 387 407 443 475 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.