reklam
Bunlar qızlar üçündür... Bunlar qızlar üçündür... https://cin.az/uploads/posts/2023-03/thumbs/1678815223_s_51678788097.jpg
ice berg

ice berg Adət-Ənənə 14-03-2023, 21:34

Bunlar qızlar üçündür...

Bunlar qızlar üçündür...
Adətlərə görə "İlaxır çərşənbə"də qızlar qapı pusar, fala baxarlar.

LoaDinG.aZ çərşənbə axşamına xas olan falları, adətlərin bir neçəsini təqdim edir.

Axır çərşənbədə niyyət tutub gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Evə yaxınlaşdıqda əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Buna görə də, çərşənbə axşamı yalnız yaxşı sözlər danışmaq adətdir. Məsələn, ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, "söndü", "viran qalsın" kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Axır çərşənbə axşamı bulaqdan, yaxud çaydan axar sudan "lal su" gətirilir. Buna ona görə "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışıb.

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4il üçündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 230 213 192 201 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.