reklam
Çox istəyirəm… Çox istəyirəm… https://cin.az/uploads/posts/2023-05/medium/1684240983_4f64d29af86373d9981a3f1504fadcdb.jpg
n2006

n2006 özünü 🙁 darıxan hiss edir. Sevgi 17-05-2023, 00:00

Çox istəyirəm…

Çox istəyirəm…
Çox istəyirəm…
Çox istəyirəm, səni… Sən varsansa, axtar tap məni… Qoyma gözüm qalsın yollarda, yol çəksin gözlər gözləməkdən…

Çox istəyirəm, pəncərədən təbiət mənzərəsinə birgə baxaq, həyata baxdığımız kimi…

İstəyirəm, sənin olum, səninlə olum, paylaşdıqca, zəifliklərimi də biləsən, ağlamağımı və kövrəkliyimi zəiflik bilib, qınamayasan…

İstəyirəm, qəlbimi xilas edəsən məzara gedən yoldan, biganəlikdən, sevgisizlikdən…

İstəyirəm, ruhumuz bir-birinə qovuşsun, desinlər ki, torpağımız bir yerdən götürülüb bizim…

İstəyirəm, unutdurasan mənə keçmişimi, günahlarımı bağışlayasan, etiraflarımı düz anlayıb sirri kimi saxlayasan özündə…

İstəyirəm, xəzinən olum, xəzinəm olasan, əlçatmaz olaq başqaları üçün…

İstəyirəm, hər gün bir-birimizi yenidən kəşf edək…

İstəyirəm, insanlar, xəstəliklər bizi ayırmasın, soyutmasın, dalaşdığımızda belə yatağımızı ayırmayaq, yataqda barışaq…

İstəyirəm, barışaq, bağışlayaq, qıymayaq pislikləri bir-birimizə, qəlbimizə dəyməyək…

İstəyirəm, ağlımdakı hər fikrim sənin haqda olsun, məni itirim içimdə, bizi qəbul edim…

Çox istəyirəm…
İstəyirəm
, sevim səni, sevəsən məni, səbəbsiz, qınaqsız, qərəzsiz…

İstəyirəm, yenidən inanmaq, xoşbəxt olmaq, gözlərimdəki kədəri sevinclə, işıqla əvəzləmək, üzüm gülsün, təbəssüm mənə yaraşır axı…

İstəyirəm, unutmayaq, ayrılmayaq…

İstəyirəm, ən yaxın dostum olasan, məsləhətçim olasan, sirdaşım olasan, sevgilim olasan, yol yoldaşım olasan, qadağalar, məhdudiyyətlər olmadan, məni olduğum kimi qəbul edəsən…

İstəyirəm, tək almaq istəməyəsən, verməyi də bacarasan, qədrimi biləsən…

İstəyirəm, zirvəyə qalxdıqca, yanımda olasan, sevinc, uğurlarımı səninlə paylaşım, sənsə mənə baxıb, qucaqlayasan, öpəsən alnımdan, əlimdən, baxasan gözlərimə və gözlərin desin məni sevməyini…

İstəyirəm, sevginlə, əməllərinlə sözlərindəyərini mənə qaytarasan… İnanım sözlərə…

Heyif, özümü tanıdığım, anladığım andan sevdiyim insanlar məni sevməyib, məni sevənləri mən sevə bilməmişəm, çox kişi sadəcə məni yataqda təsəvvür edir, istəyir, səmimilik, sevgi yoxdur, ehtirasdır…

Sənsənsə, özünə əminsənsə, gəl, sınayaq! Belə bir sevgiyə hazırsan?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 222 277 230 218 251

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.