reklam
AĞILASIĞMAZ ADƏT : Qızları evləndirmək üçün zorla kökəldirlər AĞILASIĞMAZ ADƏT : Qızları evləndirmək üçün zorla kökəldirlər https://cin.az/uploads/posts/2023-05/thumbs/1684759927_fat_brides_11684752537.png
ice berg

ice berg Adət-Ənənə 22-05-2023, 23:30

AĞILASIĞMAZ ADƏT : Qızları evləndirmək üçün zorla kökəldirlər

AĞILASIĞMAZ ADƏT : Qızları evləndirmək üçün zorla kökəldirlər
Afrika ölkəsi Mavritaniyada çox qəribə bir ənənə var.

Bu ölkədə arıq qadınlar ailə qura bilməz, hətta cəmiyyət onları gözəl hesab etmir. Burada gənc qızları kökəlməyə məcbur edən "məcburi qidalandırıcılar" adlı peşə də var. Bu da onların kökəldikdən sonra evlənib yaxşı həyat yoldaşı olması üçün nəzərdə tutulur.

Ölkədə arıq qadın olmaq, zəiflik statusu kimi görülür və insanlar bunu qadının əri tərəfindən qidalandırılmamasının əlaməti kimi qəbul edirlər.

Hələ uşaqlıqdan 5 yaşında olan qızlara darı və dəvə südü kimi kalorili qidalar verilir. Uşaqlar anaları və ya məcburi qidalandırıcılar tərəfindən nəzarət altında saxlanılır.

Bir qız gündə 16.000 kalori yeməyə məcbur edilə bilər. İmtina edənlər üçün isə ağır cəzalar və hətta işgəncə adlandırıla bilən qəddar üsullar var.

2013-cü ildə aparılan bir araşdırmalar göstərib ki, bu cür istismara məruz qalan qızların 61 faizindən çoxu döyülüb, 29 faizinin isə iştirakını təşviq etmək üçün barmaqları sındırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
243 194 215 211 179 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.