reklam
Keçmişin maraqlı icadı - Uşaq arabalarını kim yaratdı? Keçmişin maraqlı icadı - Uşaq arabalarını kim yaratdı? https://cin.az/uploads/posts/2024-04/1712300732_kecmis_51712234304.jpg
ice berg

ice berg Maraqlı 5-04-2024, 13:00

Keçmişin maraqlı icadı - Uşaq arabalarını kim yaratdı?

Keçmişin maraqlı icadı - Uşaq arabalarını kim yaratdı?
Bu günləri valideynlərin xilaskarı olan uşaq arabasını sizcə kim icad edib?

Loading.aZ xarici mənbəyə istinadən xəbər verir ki, uşaq arabası 1733-cü ildə ingilis memarı Uilyam Kent tərəfindən icad edilib. İlk uşaq arabaları 3-cü hersoq Devoşirin uşaqları üçün hazırlanıb. Hazırlanma prinsipində at arabaları nümunə olaraq götürülüb.


Başlanğıc olaraq orjinal dizayn ilə körpələr təkərli arabanın üstündə qabıq formalı səbətdə oturdulub. Həmin dövrdə sözügedən arabalar daha balaca idi. Uşaqlar üçün hazırlanan bu arabalar atlar vasitəsilə sürülürdü. Müxtəlif dizaynlar ilə hazırlanmış bu arabalar 19-20-ci əsrlərdə xeyli inkişaf etdirilib.

Oyuncaq istehsalçısı Benjamin Potter Crandall 1830-cu illərdə Amerikada istehsal olunan ilk uşaq arabalarını bazara çıxardı. Oğlu Jesse Armor Crandall əyləc, qatlanan model və uşağa kölgə salmaq üçün günəş çətirləri də daxil olmaqla bir çox detallar üçün patent aldı və bir neçə uşaq arabalarını özü satdı. Digər tərəfdən Afrika mənşəli amerikalı ixtiraçı Uilyam Henri Riçardson 1889-cu ildə ABŞ-də uşaq arabası ilə bağlı yeni bir dəyişikliyə imza atdı. Beşiyin içəri və çölə baxa bilməsi üçün fərqli bir üsuldan istifadə etdi. Arabanın rahat firlana bilməsi üçün rahat imkanlar yaratdı.Beləliklə, dayə yaxud valideyn uşağı istədiyi kimi özünə tərəf çevirə bilərdi. Daha sonra uşaq arabaları 1800-cü illərdə yuxarı təbəqədən olan ailələr tərəfindən istifadə edildiyi halda, 1900-cü illərdə onların istifadəsi bütün siniflər arasında geniş yayılmağa başladı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
47 54 47 39 41 40

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.