reklam
Dörd əsas mələyin adları və vəzifələri nədir? Dörd əsas mələyin adları və vəzifələri nədir? http://cin.az/uploads/posts/2017-10/thumbs/1507663121_588158.jpeg
Mələy0001

Mələy0001 İslam Dini 10-10-2017, 23:20

Dörd əsas mələyin adları və vəzifələri nədir?

Dörd əsas mələyin adları və vəzifələri nədir?



Allahın mələklərinin dəqiq sayı bilinmir. Mələklərin hamısı Allahın müəyyən əmrini yerinə yetirməklə məşğuldur. Lakin mələklərin içindən dördü xüsusi seçilib, bunlara "müqərrəbun", yəni ilahi dərgaha yaxın edilmiş mələklər deyilir.

Loading.Az islam.az-a istinadən bildirir ki, Müqərrəbun mələklərə Quranda işarə edilsə də (Nisa, 172), onların adları həmin ayədə çəkilmir. Təfsirçilərə görə, müqərrəbun mələklərə dörd böyük mələk - Cəbrail, Mikail, İsrafil və Əzrail (ə), həmçinin, ərşi daşıyan mələklər aiddir. Adı çəkilən dörd mələ¬yin hər birinin öz vəzifəsi var. Məsələn, Cəbrail peyğəmbərlərə Allahın vəhyini çatdırır. Mikail Allahın əmri ilə kainatda baş verən bəzi prosesləri həyata keçirir. Məsələn, bəzi insanların ruzisini çatdırır, möminlərə döyüşdə kömək edir, təbiət hadisələrini həyata keçirir. İsrafilin vəzifəsi dünyanın sonunda Allahın əmri ilə əlindəki şeypura üfürüb, qiyamətin başlandığını xəbər verməkdir. Əzrail isə Allahın təyin etdiyi vaxt əcəli çatmış insanların canını alır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 463 464 439 438 487

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.